Atom bombasını yaradanın nəvəsi Xirosimaya gəlib
Amerika atom bombasının yaradıcısı Robert Oppenhaymerin nəvəsi Çarlz Oppenheymer Yaponiyanın Xirosima şəhərinə gəlib.
Bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, məşhur fizikin nəvəsi Yaponiyaya iyunun 1-də gəlib. Çarlz Oppenheymer səfəri zamanı 6 avqust 1945-ci ildə Amerikanın Xirosimanı bombalaması nəticəsində sağ qalan yerli qadınla görüşüb. Bundan əlavə, o, atom hücumu qurbanlarının xatirəsinə ucaldılmış abidəni də ziyarət edib.
“Böyük dövlətlər arasında gərginlik artdıqca və silahlanma yarışı davam etdikcə, indi beynəlxalq həmrəyliyin zəruriliyini vurğulayan babamın məsləhətlərindən dərs almağın və dünya sülhü haqqında düşünməyin vaxtıdır. Xirosimaya səfər keçmişi öyrənmək üçün bir fürsət idi və orada etdiyim söhbətlər vasitəsilə mən atom bombasının nəticələrini öyrəndim və hiss etdim ki, insanlar olaraq heç bir növ bombadan, o cümlədən atom bombalarından istifadə etməməliyik", - Çarlz səfərdən sonra keçirilən mətbuat konfransında deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.