Ukrayna Belarusa zərbə endirə bilər
Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukrayna silahlı qüvvələrinin Belarus ərazisinə zərbələr endirə biləcəyini istisna etməyib.
Praqada NATO xarici işlər nazirlərinin iclasının başlaması ərəfəsində jurnalistlər nazirdən Ukraynanın “Belarusdakı hədəfləri vurmalı” olub-olmaması ilə bağlı sual veriblər.
“Demək istədiyim odur ki, Ukrayna özünü müdafiə etmək qabiliyyətinə malik olmalıdır. Əgər Rusiya hədəflərin Rusiyada hücuma məruz qala biləcəyindən ehtiyat edərək, onları başqa yerə köçürə bilərsə, o zaman hesab edirəm ki, hədəflərin seçimi də dəyişdirilməlidir”, - deyə nazir bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq mayın 27-də Şimali Atlantika Alyansı Parlament Assambleyasının sessiyasında Ukraynanın Rusiya hədəflərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağın vaxtının yetişdiyini bildirib. Onun fikrincə, bu halda söhbət “özünümüdafiə”dən gedir və Kiyev üçün bu, Xarkov yaxınlığındakı Ukrayna qoşunları üçün çətin vəziyyəti nəzərə alaraq xüsusilə vacibdir. Stoltenberq daha əvvəl də oxşar şəkildə danışmışdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.