Zelenski Ukraynanın əsas düşmənini tapıb
Ukraynanın əsas düşməni Qərbdən silahların ləng tədarüküdür.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Zelenski bu barədə üçüncü Ukrayna-Şimali Avropa sammiti iştirakçılarının mətbuat konfransında bildirib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə Qərb silahlarından istifadə etməyi öyrənmək üçün aylar lazımdır.
"Bizim əsas düşmənimiz tədarüklərin ləng aparılmasıdır" deyib Ukrayna prezidenti.
O, həmçinin vurğulayıb ki, ABŞ-nin hərbi yardım paketinin qəbul edildiyi andan ötürülən silahların istifadəsinə başlanmasına qədər altı aydan çox vaxt keçə bilər.
Bundan əvvəl Zelenski Qərblə müqayisədə Rusiyada silah istehsalının sürətlə aparılmasından şikayətlənib.
“Rusiya silahlı qüvvələri üçün silah istehsalı və təchizatı baxımından Qərbdən daha sürətlə irəliləyir”, - deyə Ukrayna lideri bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.