Rusiyaya yardım etdiyi iddia edilən 9 iranlıya qarşı sanksiya tətbiq edilib
Avropa İttifaqı İranda Rusiyaya yardım etdiyi iddiası ilə altı fiziki və üç hüquqi şəxsə sanksiya tətbiq edib.
Məhdudiyyətlərə məruz qalanların siyahısı mayın 31-də Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.
Aİ-nin “qara siyahısı”na İranın müdafiə naziri Məhəmməd Rza Qarai Aştiani, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı, həmçinin pilotsuz uçuş aparatlarının tədarükü ilə məşğul olan üç müəssisə rəhbəri əlavə edib. Aİ İran pilotsuz təyyarələrinin Rusiyaya ötürülməsində onların əli olduğunu iddia edir.
Həmçinin Hatəmül-Ənbiya Mərkəzi Qərargahı, İran İnqilabı Keşikçiləri Korpusu Dəniz Qüvvələri və Kavan Electronics Behrad MMC-yə də məhdudiyyətlər qoyulub.
Bundan əlavə, Avropa İttifaqı Şimali Koreyadan “KXDR-in nüvə silahları, ballistik raketlər və ya digər kütləvi qırğın silahları ilə bağlı proqramlarına cavabdeh olan” üç şəxsə və bir şirkətə qarşı sanksiyalar tətbiq edib. Respublikadan bir fiziki və bir qurum da Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarına töhfə verə biləcək maliyyə xidmətlərinin göstərilməsi və ya aktivlərin və resursların ötürülməsi ilə bağlı məhdudiyyətlərə məruz qalıb.
AB Şimali Koreyanın Qvineyadakı keçmiş səfirini Malidə silah-sursat fabriki tikintisi layihəsində vasitəçilik etdiyi iddiası ilə sanksiyalar siyahısına əlavə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.