Fransa Rusiyanı Normandiya desantının 80 illiyinə dəvət etməyəcək
Fransa hakimiyyəti Rusiyanı Müttəfiqlərin Normandiyaya desantının 80 illiyi ilə bağlı tədbirlərə dəvət etməyəcək.
1944-cü il iyunun 6-da Müttəfiqlərin Normandiyaya enişi Qərbi Avropada İkinci Cəbhənin açılışı oldu. Bu əməliyyat “Overlord” adlanırdı və İkinci Dünya Müharibəsi illərində strateji əhəmiyyət kəsb edən ən böyük amfibiya əməliyyatı oldu. Bu səbəbdən Almaniyanın iki cəbhədə müharibə aparması çətinləşdi, Sovet İttifaqı üçün isə hücum əməliyyatı keçirib Şərqi Avropa ölkələrini azad etmək daha asan oldu.
İyunun 6-dan 8-dək Normandiya və Bretaniyada təntənəli və anım mərasimləri keçiriləcək. Ən böyüyü iyunun 6-da Omaha çimərliyində keçiriləcək və orada ABŞ prezidenti Co Bayden və Böyük Britaniya kralı III Çarlz da daxil olmaqla 25 dövlət və hökumət başçısı iştirak edəcək. Ukrayna prezidenti Vladimir Zelenski də oraya dəvət olunub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.