Sloveniya hökuməti Fələstinin tanınmasını təsdiqləyib
Sloveniya hökuməti Fələstin dövlətinin rəsmən tanınması təklifini təsdiqləyib.
Bu barədə baş nazir Robert Qolob hökumətin iclasından sonra bildirib.
Onun sözlərinə görə, Nazirlər Kabineti bu təşəbbüsü təsdiq üçün Milli Məclisə (parlament) göndərib.
Gələn həftə qanunverici orqanın bu məsələ ilə bağlı səsvermə keçirəcəyi gözlənilir.
Baş nazirin sözlərinə görə, Sloveniya Fələstini 1967-ci il sərhədləri daxilində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq müstəqil və suveren dövlət kimi tanımaq niyyətindədir.
O qeyd edib ki, indi Yaxın Şərqdə daimi sülhü təmin etmək və iki dövlətli həll yoluna keçmək üçün doğru zamandır.
Mayın 28-də İspaniya, Norveç və İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.