Rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyuldu
Mayın 29-da rusiyalı turistlərin Norveçə girişinə qadağa qüvvəyə minib. Bundan əlavə, ruslar üçün Norveç vasitəsilə digər Avropa ölkələrinə tranzit səfərlər qadağandır.
Norveç hakimiyyət orqanlarının bildirdiyinə görə, qadağa tələbə və ya iş vizası olan ruslara, sərhəd sakini sertifikatına malik olanlara, Şengen ölkələrində yaşamaq icazəsi olanlara, həmçinin qohumlarını ziyarət etmək üçün Norveçə gedənlərə şamil edilmir.
Eyni zamanda, həm Norveç, həm də Şengen zonası ölkələri tərəfindən verilmiş çoxillik turist vizası olan ruslara ölkəyə giriş qadağan edilə bilər.
2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Norveç ruslara turist vizalarının verilməsini dayandırıb. Ədliyyə naziri Emily Engerin dediyi kimi, Norveç hakimiyyəti Ukraynada müharibə davam edərkən “rusların Norveçə və digər Şengen ölkələrinə sadəcə turist kimi üzrlü səbəblər olmadan səyahət edə bilməsini” istəmir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.