İspaniya Fələstini rəsmən TANIYIB
Norveç və İrlandiya bundan əvvəl Fələstini tanımaq niyyətində olduqlarını bəyan etmişdilər.
İspaniya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyır. Bunu krallığın baş naziri Pedro Sançes deyib.
“Beləliklə, İspaniya Fələstini tanıyan dünyanın 140-dan çox ölkəsinə qoşulacaq. Fələstinin tanınması tarixi bir qərardır və yeganə məqsədi İsrail ilə Fələstin arasında sülhü təşviq etməkdir”.
Onun sözlərinə görə, Fələstin Dövlətinin tanınması təkcə “Fələstin xalqının qanuni tələblərinin yerinə yetirilməsi üçün tarixi ədalətin həyata keçirilməsi” deyil, həm də Yaxın Şərqdə sülhün bərqərar olması istiqamətində atılan addımdır.
Baş nazir vurğulayıb ki, Şərqi Qüds müstəqil Fələstinin paytaxtına çevrilməli, Qəzza zolağı və İordan çayının qərb sahili vahid Fələstin milli hökumətinin nəzarəti altında olmalıdır. Sançes Qəzza ilə İordan çayının qərb sahilini birləşdirən dəhlizin ehtiyacına da işarə edib.
Siyasətçinin sözlərinə görə, Madrid 1967-ci il sərhədlərində tərəflər arasında razılaşdırılmamış dəyişiklikləri tanımır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.