Qətər Suriyaya humanitar yardım üçün 75 milyon dollar ayıracaq
Qətər Suriya xalqına 75 milyon dollarlıq humanitar yardım etdiyini açıqlayıb.
Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva əl-Xatir Suriya üzrə 8-ci Brüssel Konfransında çıxış edib. bBu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazir bildirib ki, Qətər humanitar səyləri və qardaş Suriya xalqının rifahı naminə fəaliyyətləri dəstəkləmək üçün 75 milyon dollar ayıracaq.
Əl-Xatir ümid etdiyini bildirib ki, “dünyada baş verən bu qədər humanitar böhran Suriya və onun xalqına verilən vədlərə təsir etməyəcək”.
Brüsseldə “Suriyanın gələcəyinə dəstək” mövzusunda səkkizinci Brüssel konfransı keçirilib.
Konfransın nəticəsi olaraq Suriya üçün qrant və kredit şəklində 7,5 milyard avronun ayrılacağı açıqlanıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.