Polşa rus diplomatları üçün “səyahət məhdudiyyətləri” tətbiq edir
Hərəkət məhdudiyyətləri konsulluq və səfirliklərin əməkdaşlarına şamil edilir, lakin Rusiyanın Varşavadakı səfirinə şamil edilməyəcək.
Polşa “Rusiya Avropa İttifaqına (Aİ) qarşı hibrid müharibə aparır” səbəbilə Rusiya diplomatlarının ölkə daxilində hərəkətinə məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə mətbuata açıqlamasında Rusiyanın Avropa ölkələrindəki hadisələri idarə etmək cəhdlərinə dair sübutların olduğunu söyləyib və “Rusiyanın Polşa da daxil olmaqla Aİ-yə qarşı apardığı hibrid müharibəyə” diqqət çəkib.
Bununla bağlı Sikorski ölkəsində rus diplomatlar üçün hərəkət məhdudiyyətlərinin tətbiq ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, bu qərarla bağlı rəsmi bildiriş Rusiyanın Varşavadakı səfirliyinə göndəriləcək.
Sikorski vurğulayıb ki, hərəkət məhdudiyyətləri konsulluq və səfirliklərin əməkdaşlarına şamil edilir, lakin Rusiyanın Varşavadakı səfirinə şamil edilməyəcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.