Lukaşenko: Azərbaycan beynəlxalq arenada heyranedici uğurlar qazanıb
Aleksandr Lukaşenko Azərbaycan prezidentini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
Azərbaycan iqtisadi inkişafın və beynəlxalq aləmdə uğurlarının heyranedici nəticələrinə nail olub.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenkonun Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı təbrikin mətnində deyilir.
“Ölkəniz özünün əsas bayramını iqtisadi inkişafın təsirli nəticələri və beynəlxalq aləmdə müstəqil, suveren dövlət qurmaq yolunda apardığınız kurs sayəsində əldə etdiyi uğurlarla qeyd edir”, - Lukaşenko vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, dost Azərbaycana son səfərini səmimiyyətlə xatırlayır, səfər zamanı həmkarı ilə konfidensial və konstruktiv şəkildə iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən geniş spektrli məsələləri müzakirə edib.
"Substantiv danışıqların nəticələri strateji tərəfdaşlığın yüksək səviyyəsini təsdiqlədi və Minsk ilə Bakı arasında çoxşaxəli qarşılıqlı fəaliyyətin mühüm potensialını nümayiş etdirdi", - prezident vurğulayıb.
Lukaşenko İlham Əliyevə və ailəsinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.