BMT Qəzzanı "yer üzündə cəhənnəm" adlandırıb
BMT-nin Yaxın Şərq agentliyi bildirib ki, eksklavın cənubundakı Rəfah şəhərində məcburi köçkün fələstinlilər üçün düşərgənin atəşə tutulması ilə bağlı dünənki görüntülər bunu bir daha sübut edir.
İsrail ordusunun hərəkətləri nəticəsində Qəzza zolağı “yer üzündəki cəhənnəmi” xatırladır.
Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) bəyanatında deyilir.
Dünən eksklavın cənubundakı Rəfah şəhərində məcburi köçkün fələstinlilər üçün düşərgənin atəşə tutulması ilə bağlı görüntülər bunu bir daha sübut edir.
Agentlik dünən gecə hücumu “dəhşətli” adlandırıb.
UNRWA xatırladıb ki, Qəzzada heç bir təhlükəsiz yer qalmadı və agentliyin Rəfah bölgəsindəki işçiləri ilə əlaqəsi kəsilib. “Biz onları (UNRWA əməkdaşları) tapa bilmirik və ərazidə sığınacaq tapmış bütün köçkünlərin təhlükəsizliyi üçün son dərəcə narahatıq”, - bəyanatda deyilir.
Bir gün əvvəl İsrail ordusu Rafah şəhərində məcburi köçkün fələstinlilərin çadır düşərgəsini atəşə tutub. Hücum nəticəsində ən azı 40 fələstinli həlak olub.
Bundan əvvəl Beynəlxalq Ədalət Məhkəməsi İsrailə Rəfaha hücumları dərhal dayandırmaq barədə qərar çıxarmışdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.