Barmen vətənə xəyanətə görə 25 il həbs cəzası aldı
Moskva məhkəməsi barmen Vladimir Malinanı dəmir yolu təxribatı və dövlətə xəyanət ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Malinanın ilk 5 ilini həbsxanada, sonrakı 20 ilini isə ciddi rejimli koloniyada çəkməsinə qərar verib. O, Rusiya Dəmir Yollarına da doqquz min rubl ödəməlidir. Prokuror Malinanın 28 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Moskva yaxınlığındakı restoranlardan birində barmen işləyən 35 yaşlı Malina 2023-cü ilin yayında saxlanılıb. O, Nara vağzalının yaxınlığındakı relay kabinetinin yandırılması işinə qarışıb.
İstintaq zamanı ona qarşı təxribat işi açılıb, terror və təxribat fəaliyyətində təlim keçmə, terror təşkilatında iştirak, dövlətə xəyanət ittihamları əlavə edilib. İttiham aktında qeyd olunub ki, o, ukraynalı kuratora strateji əhəmiyyətli obyektlərin fotolarını da göndərib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.