Norveç Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıracaq
Norveç hakimiyyəti turizm və ya “vacib olmayan” məqsədlərlə gələn Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan etmək qərarına gəlib.
Bu barədə Norveç hökumətinin saytında dərc olunmuş press-relizdə deyilir.
Məhdudiyyətlər mayın 29-dan qüvvəyə minəcək və həm Norveçin 2022-ci ilin yazından əvvəl verdiyi vizalara, həm də digər Şengen ölkələri tərəfindən verilmiş vizalara şamil ediləcək.
"Dəyişiklik o deməkdir ki, polis Rusiya vətəndaşlarını deportasiya edə bilər", - press-relizdə deyilir.
Yaxın qohumlarını ziyarət etməyə, habelə həm Norveçdə, həm də Şengen zonasının digər ölkələrində işləmək və ya təhsil almaq üçün gələnlər üçün istisna edilə bilər.
"Norveç hökuməti Storskoq sərhəd məntəqəsindəki vəziyyəti və sərhəd keçidlərini diqqətlə izləyir və lazım gələrsə, tədbir görməyə hazırdır", - bəyanatda deyilir.
Bundan əvvəl Norveç KİV-i polisin Nordland əyalətində iki Rusiya vətəndaşını hərbi obyektlərdə çəkiliş apardıqları üçün saxladığını bildirib.
Eyni zamanda, rusların konkret olaraq nəyi çəkdiyi göstərilməyib. Saxlanılan şəxslər ölkəyə turizm məqsədi ilə gəldiklərini vurğulayaraq günahlarını etiraf etmirlər.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi ruslara ölkədə baş verən “anti-Rusiya casus manyakası” fonunda Norveçə səfərlər planlaşdırarkən riskləri ölçməyi tövsiyə edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.