Üç Avropa ölkəsi Fələstinin müstəqilliyini tanıyır
İrlandiya və daha iki Avropa ölkəsi Fələstini rəsmən tanıyır.
Qeyd olunur ki, bu barədə İrlandiyanın üç partiyalı hökumətinin rəhbərləri: baş nazir Saymon Harris, xarici işlər naziri Maykl Martin və ətraf mühit naziri Eamon Rayanın rəhbərlik edəcəyi mətbuat konfransında məlumat veriləcək.
İrlandiya son vaxtlar İspaniya, Sloveniya, Belçika, Norveç və Malta hökumətləri ilə Fələstinin müstəqilliyinin tanınması vaxtı ilə bağlı danışıqlar aparır. Nəşr vurğulayır ki, bütün bu ölkələr İrlandiya hakimiyyətinin mövqeyini bölüşür.
Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes Fələstinin tanınmasının Avropa İttifaqı (Aİ) ölkələri üçün geosiyasi maraq doğurduğunu bildirmişdi.
Aprelin 29-da Avropa diplomatiyasının rəhbəri Josep Borrell qeyd edib ki, bir neçə Aİ ölkəsi Fələstini may ayının sonuna kimi tanıya bilər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.