Çarlz kral ailəsinin ən qədim ənənələrindən birini ləğv etdi
Böyük Britaniya kralı III Çarlz yerli sakinlərin Vindzor qəsrinə pulsuz girişini ləğv etmək qərarına gəlib.
Bu barədə BBC yazır.
Əvvəllər yerli sakinlərin qalanı pulsuz ziyarət etmək hüququ var idi, lakin iyunun 1-dən etibarən "Royal Collection Trust" bu güzəşti ləğv edir. Belə ki, ərazinin xüsusi kartı olan sakinləri qalaya giriş üçün adi qiymətin 50%-ni - təxminən 16 funt sterlinq ödəməli olacaqlar.
Bu qərar yerli sakinlərin narazılığına səbəb olub və Lib Dem-in deputatlığa namizədi Julian Tisi diqqəti ona çəkib ki, turizm mövsümünün qızğın vaxtında yaxınlıqda yaşayan insanlar mağaza və restoranlarda turistlərə xidmət göstərir, səyahətçiləri taksi ilə aparır və bunun müqabilində belə hüquqlara malik olmalıdırlar.
“Biz “təpədəki böyük ev”in sakinlərini qonşularımız hesab edirik və əmin olmaq istəyirik ki, heç bir sakin qəsri ziyarət etmək imkanından məhrum olmasın”, - Vindsor və Maidenhead Kral Borough Şurasının üzvü Emi Tisi deyib.
Öz növbəsində, "Royal Collection Trust"ın nümayəndəsi əmin etdi ki, şirkət "qalanı yerli bölgədən gələn qonaqlar üçün mümkün qədər əlçatan etmək" yollarını axtarır.
III Çarlzın tacqoyma mərasimi 2023-cü il mayın 6-da baş tutdu və Britaniyada son 70 ildə keçirilən ən böyük təntənəli tədbirlərdən birinə çevrildi. Eyni zamanda, tacqoymanın ildönümündə Londonda etirazçılar ölkədə monarxiyanın ləğvini müdafiə edərək, kral III Çarlzdan dərhal taxtdan əl çəkməyi tələb ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.