Sahildə 40 ton ağırlığında məxluqun kəlləsi tapılıb
ABŞ-ın Şimali Karolina ştatında nəhəng məməlinin kəllə sümüyü sahilə çıxıb.
"Cape Hatteras National Seashore Marine Sanctuary" sosial şəbəkədə qeyri-adi tapıntının fotosunu paylaşıb. Məlum olub ki, kənarları kəsikli sümük donqar balinanın kəllə boşluğunun bir parçasıdır. Onun aid olduğu canlının çəkisi 40 ton, uzunluğu isə 18 metr olub.
Çimərlikdə tapılan eni 91 santimetr, hündürlüyü 61 santimetr olan sümük parçası ABŞ Milli Park Xidmətinin nümayəndələri tərəfindən götürülüb. Onlar bunu təhsil sərgilərində nümayiş etdirməyi planlaşdırırlar.
Təşkilat onu da xatırladıb ki, ABŞ-da dəniz heyvanlarının sümükləri və cəsəd hissələrinin saxlanması qadağandır. Milli Park Xidməti rəsmiləri vurğulayıblar ki, Şimali Karolina çimərliklərini ziyarət edən insanlar belə qalıqları toplamamalıdır.
Daha əvvəl bildirilmişdi ki, qatil balinalar Cəbəllütariq boğazında gəmini vuraraq batıb. Gəmidə olan dənizçilər sağ qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.