120 təşkilat Gürcüstandan “xarici agentlər haqqında” qanunu geri götürməyi tələb edir
120 təşkilat hökumətə “xarici agentlər haqqında” qanunu qeyd-şərtsiz geri götürmək üçün birgə çağırış edib. Bəyanatda bu qanunun hakimiyyətin xalqa qarşı zorakılığının, hədə-qorxu və ölkəyə xəyanətin simvoluna çevrildiyi bildirilir.
“Gürcüstanda Putinin qaydalarını bərqərar etmək cəhdi iki yüz ildən artıqdır ki, Gürcüstanın “ruslaşmasına” qarşı mübarizə aparmış və mübarizə aparan bütün əcdadlarımıza və soydaşlarımıza xəyanətdir.
Bütün beynəlxalq ictimaiyyət tərəfindən qınanılan qanun layihəsi qanuna çevrilməzdən əvvəl prezidentin veto hüququ qalır və parlament bunu ləğv etməməlidir. Biz bir daha bəyan edirik ki, gürcü xalqı Rusiya qanunlarını, zorakı idarəçiliyi və Qərb dünyasından ayrılığı qəbul etməyəcək.
Biz Gürcüstan prezidentinin bu qanunu təkmilləşdirməyin mümkün olmadığı və Avropa Komissiyasının bəyanatı ilə bağlı mövqeyini tamamilə bölüşürük, ona görə qanun geri götürülməlidir. Qanun artıq sadəcə hüquqi mətn deyil, hakimiyyətin xalqa qarşı zorakılığının, qorxudulmasının və ölkəyə xəyanətin simvoluna çevrilib.
Bu zorakılığın qarşısının alınmasının və Qərb vektorunun dəyişdirilməsinin hüquqi nəticəsi şəxsi maraqlarını ölkə konstitusiyasından üstün tutanlara və onların ailələrinə tətbiq olunacaq şəxsi maliyyə sanksiyaları olacaq.
Gürcü xalqının iradəsi sarsılmazdır. Gəmimiz Avropaya gedir. Bir daha təkrar edirik - hökumət bu qanunu qeyd-şərtsiz geri götürməlidir. De Avropa! Rusiya qanunlarına yox!” mesajında deyilir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.