Beş boksçumuz Xabarovski turnirində yarımfinala yüksəlib
Mayın 15-də Rusiyanın Xabarovsk şəhərində boks üzrə Konstantin Korotkov Memorialına start verilib. ABF-dan verilən məlumata görə, yarışda Azərbaycan millisinin 3 üzvü ilk görüşünü qələbə ilə başa vurub.
Maqsud Xasmetov (60 kq) 1/4 final çərçivəsində rusiyalı Nurlan Səfərovu məğlub edib - 4:1 (30:27, 30:27, 29:28, 29:28, 27:30). Xasmetov yarımfinalda Denis Parilovla (Rusiya) üz-üzə gələcək.
Ümid Rüstəmov (57 kq) da adını yarımfinala yazdırıb. O, 1/4 finalda Rusiya çempionu Yevgeni Lyaşkovu mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Rüstəmov ikinci qarşılaşmasında Maksim Pankovla (Belarus) döyüşəcək.
63,5 kq-da rinqə çıxan Ruslan Rüstəmov isə 1/4 finalda Aleksandr Kirsanovdan (Rusiya) güclü olub. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Rüstəmov finala gedən yolda Nikita Birenkovu (Rusiya) sınağa çəkəcək.
Boksçularımız yarımfinala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər. Yığmamızın digər üzvlərindən Mirşərif Kazımzadə (75 kq) finala vəsiqə üçün Yeqor Şapoçanski (Rusiya) ilə, İlqar Salahov (67 kq) Ruslan Abdullayevlə (Özbəkistan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarışda yarımfinal qarşılaşmaları mayın 17-də olacaq. Ertəsi gün isə turnirdə həlledici final döyüşləri keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.