Karateçimiz Babək Qələmzadə mütləq Avropa çempionudur
Rumıniyanın Saftu Gheorhe şəhərində karatenin Fudokan versiyası üzrə böyüklər arasında Avropa çempionatı, yeniyetmə və gənclər arasında arasında isə Avropa birinciliyi keçirilib. Azərbaycan da daxil olmaqla, 22 ölkəni təmsil edən 985 karatecinin dayanq üzərinə çıxaraq medallar uğrunda mübarizə apardığı bu yarışda karateçilərimiz 7-si qızıl, 1-i gümüş və biri bürünc əyarlı olmaqla 9 medal qazanıblar.
Ən çox diqqət çəkən məqam isə böyüklər arasında çıxış edən Babək Qələmzadənin kumite yarısında mütləq çəki dərəcəsində Avropa çempionu adını qazanmasıdır.
Qazanılan digər medallara gəlincə, yeniyetmələrdən Elmir Kazımzadə (10-11 yaş, 40 kq), Qorxmaz Səfərli (14-15 yaş, 65 kq), Rəvan Şirinov (16-17 yaş, 65 kq), Elton Əliyev (16-17 yaş, 75 kq), Mehdi Abdullayev (16-17 yaş, +75 kq) və Tahir Ələkbərov (U-21, +75 kq) öz çəkilərində birinci yeri tutaraq, qızıl medala layiq görülüb.
Komandanın aktivinə yazılan yeganə gümüş medal Əli Hacıyevin (U-21, 75 kq), yeganə bürünc isə Ayxan Pirquliyevin (16-17 yaş, 65 kq) payına düşüb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.