Bayden nazirə qarşı sui-qəsd cəhdinə reaksiya verib
ABŞ prezidenti Co Bayden Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsdi pisləyib.
Bayden, Fikoya hücumla bağlı xəbərlərdən narahat olduğunu bildirib.
“Biz bu dəhşətli zorakılıq aktını pisləyirik. Səfirliyimiz Slovakiya hökuməti ilə sıx təmasdadır və yardım göstərməyə hazırdır”, - deyə o əlavə edib.
Daha əvvəl Slovakiya hökumətinin Handlovda keçirilən iclasından sonra ictimaiyyət qarşısına çıxan Fikonun döş qəfəsi, qarın və əzalarından güllə yaraları aldığı bildirilirdi. Hücum edənin 71 yaşlı yazıçı və ədəbi klubun yaradıcısı Juraj Tsintula olduğu üzə çıxıb. Onun hərəkətinin səbəbləri məlum deyil. Həkimlər hələ də əməliyyat otağında Fikonun həyatı üçün mübarizə aparırlar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.