Gürcüstan parlamenti təhlükənin qırmızı səviyyəsini elan edib
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsinə səsvermədən sonra qırmızı təhlükə səviyyəsi tətbiq edib.
Bu barədə “News – Georgia” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, bütün işçilər binanı tərk etməlidir. Azadlıq meydanında xüsusi təyinatlılar və su şırnaqları düzülüb. Qanuna səs verən deputatlar binanı tərk edib, polis fəalları hədəfə almağa başlayıb.
Mayın 14-də günortadan sonra Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib.
84 deputat lehinə, 30-u əleyhinə səs verib.
Qanun layihəsinin müzakirəsi hakim “Gürcü arzusu” partiyasının deputatları ilə qanun layihəsinin qəbuluna qarşı çıxan müxalifət arasında etirazlar və davalar fonunda baş tutub.
Mayın 11-də Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna qarşı ən böyük etiraz aksiyası keçirilib. Mitinqə bir neçə min insan gəlib. Nümayiş güclü yağış səbəbindən başa çatıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.