Zelenski Ukrayna bələdiyyələrini rus dilindən imtina etməyə məcbur edib
Ukrayna prezidenti Vladimir Zelenski yerli hakimiyyət nümayəndələrinin Ukrayna dilinin məcburi istifadəsinə dair qanunu imzalayıb.
Bu barədə Ukrayna Ali Radası özünün Telegram kanalında məlumat yayıb.
Zelenskinin “Yerli özünüidarəetmə orqanlarının şəffaflığının təmin edilməsi məqsədilə “Yerli özünüidarə haqqında” qanuna dəyişikliklər edilməsi haqqında” qanunu imzaladığı bildirilir. Yeni qanuna əsasən, yerli hakimiyyət orqanları ərazi icmalarının mülkiyyət hüquqlarının obyektləri haqqında məlumatları dərc etməyə borcludur.
“Qanun, xüsusilə, deputatların, yerli özünüidarəetmə orqanlarının məsul şəxslərinin və digər natiqlərin dövlət dilindən məcburi istifadəsini nəzərdə tutur”, - deyə məlumatda bildirilir. Dəyişikliklərə əsasən, bələdiyyələr yerli şuraların plenar iclaslarını və onların daimi komissiyalarının iclaslarını videoçəkilişlə aparmalıdırlar.
Bundan əvvəl Ukraynanın dil ombudsmanı Taras Kremin şəhərlərin toponimiyasında rus dilinin hökmranlığından xilas olmağı tələb edib. Dövlət Dilinin Müdafiəsi Müvəkkili “Biz buna son qoymalıyıq” deyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.