Rusiya etirazlar fonunda Paşinyanın istefası perspektivini dəyərləndirib
Politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov “Rambler”ə müsahibəsində ölkə sakinlərinin Azərbaycanla sərhədin delimitasiyasına etirazlarının davam etdiyi Ermənistandakı vəziyyəti şərh edib. Ekspertin fikrincə, etirazların perspektivi daha çox ölkə hakimiyyətinin bu hərəkətlərə reaksiyasının nə dərəcədə sərt olacağından asılıdır.
Mayın 9-dan İrəvanda hökumət binası yaxınlığında etiraz aksiyaları keçirilir, aksiya iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını və Azərbaycanla sərhədin delimitasiyası prosesinə son qoyulmasını tələb edirlər. Etiraz hərəkatının rəhbəri Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasına rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyandır. Mayın 13-də İrəvanın mərkəzində vətəndaş itaətsizliyi başlayıb, etirazçılar şəhərin küçələrini bağlayıblar. “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar. Etirazçılar əsas magistral yolu - Myasnikyan prospektini, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrini bağlamağa başlayıblar. Polisin həbslər apardığı da bildirilir.
Mütəxəssis vurğulayıb ki, Ermənistandakı hazırkı mitinqlər miqyasına görə yüz minlərlə insanın iştirak etdiyi 2018-ci ilin qondarma “məxməri inqilab” etirazları ilə müqayisə oluna bilməz.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.