Qəzzada sülh danışıqları dayandırılıb
Fələstinin Həmas hərəkatının Kerem Şalom keçid məntəqəsinin yerləşdiyi ərazini atəşə tutması səbəbindən Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı danışıqlar dayandırılıb.
Bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
“Hazırda Misir tərəfi İsrail və HƏMAS arasında növbəti eskalasiyanın qarşısını almaq üçün bütün təmaslarını gücləndirir”, - bəyanatda deyilir.
Lakin danışıqlar prosesinin dayandırılmasının digər təfərrüatları verilmir.
Bundan əvvəl HƏMAS hərəkatının İsraillə atəşkəs razılaşmasına maraq göstərdiyi bildirilirdi. Bildirilir ki, HƏMAS Qahirədə keçirilən beştərəfli danışıqlarda Misirin atəşkəs təklifinə cavabı artıq çatdırıb.
Hərəkat “xalqımızın milli tələblərini təmin edəcək bir razılaşma” əldə etmək əzmində olduğunu bildirib. Bu cür tələblərə “İsrail təcavüzünün tamamilə dayandırılması”, İDF qüvvələrinin bütün Qəzza zolağından çıxarılması, humanitar yardımın həcminin artırılması, zolağın yenidən qurulmasına başlanması və “əsir mübadiləsi sazişinin başa çatdırılması” daxildir. ”
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.