21 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Pezeşkian müharibəni dayandırmağın yeganə yolunu göstərdi

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

İranın sonuncu şahı Rza Pəhləvinin oğlu İran xalqına müraciət edib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

Bako Saakyan aprel döyüşləri haqqında: Əməliyyatı Ermənistan Silahlı Qüvvələri həyata keçirib

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

David Manukyan Azərbaycanın işğal olunmuş ərazilərinin minalanması sxemini açıqlayıb

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Ruben Vardanyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

Zahir Əmənovun yazısı: Hansı İcra Başçısının "Facebook" səhifəsi var?

1 il əvvəl 216 01

Zahir Əmənovun yazısı: Hansı İcra Başçısının "Facebook" səhifəsi var?

“Yox” deməyə tələsməyin. Yaxud da olmasının nə xeyri, ya olmamasının nə ziyanı?

Bəllidir ki, böyük yollara giriş kiçik  yollardan başlayır.

Bu baxımdan, belə demək mümkünsə,böyük informasiya bazarına gedən yollar da əyalətin kiçik  informasiya “dükan”larından”  bəhrələnir.

Bəs əyalət rayonlarında etibarlı informasiyanı haradan almalıyıq?

Rayon qəzetləri öz ömrünü başa vurdu. MEDİA haqqında yeni qanuna əsasən ölkədə cəmi 9 rəsmi qurum  qəzet təsis edə bilər ki, bunların da sırasında yerli icra hakimiyyətləri yoxdur.  Düzdür, bəzi icra hakimiyyətləri qeyri-rəsmi olsa da, gülünc abunə aksiyası keçirdib, bu qəzetləri nə səbəbə isə yaşatmaq istəyirlər.(Yəqin,  real məlumatdan, xəbərdən daha çox abunədən yığılan  10-15 min manat bəzi məmurlara daha cəlbedici görünür)

Bir də var icra hakimiyyətlərinin saytları və FB səhifələri.

Bəs icra hakimiyyəti başçılarının özününşəxsi FB səhifəsi olan varmı? Bəli var. Bu sahədə ilk nümunənin Saatlı Rayon İcra hakimiyyətinin başçısı, əslən

Masallılı Elmir Bağırov göstərib.https://www.facebook.com/elmirbagir?mibextid=LQQJ4d

Bəlli olduğu kimi Saatlı rayonunun  44 yaşlı icra başçı bir çox orijinallı və sadəlik nümunəsi olan addımlar atır. Rayonda bazarlığa özü getməsi, axşam saat 6-dan sonra  və istirahət günləri əməkdaşları işə çağırmaması, şəhər parkında axşamlar tək gəzintiyə çıxması, bütün formalarda rüşvətə “yox” deməsi... və sair nümunələrgöstərməsi  çoxlarının diqqətindədir.

Bütün bunlarla yanaşı, bu icra başçısı bir neçə il öncə həm də özünün şəxsi FB səhifəsini yaratdı. (Sonralar İsmayıllı, Ağstafa rayon icra hakimiyyətləri də belə addımlar atdı. (Digərlərini də  bilirsinizsə,şərh bölümünə yaza bilərsiniz). Elmir Bağırovla  bağlı 2021-ci ildə hazırladığımız (“Saatlının masallılı icra başçısı niyə hələ də “orucdur”) yazının linki burada:-

https://cenub.az/11452-saatlnn-masalll-icra-bas-haqqnda-niy-hl-d-orucdurdeyirlr.htmlZ

Elmir Bağırovun 7.500-ə yaxın  izləyicisi olan FB səhifəsi əsasən hökumət yönlü, bitərəf informasiyalar paylaşsa da, o, bu səhifə vasitəsi ilə icra başçısının zövqü, dünyagörüşü və sair haqqında da fikir formalaşdıra bilir. Belə ki, icra başçısının paylaşdığı Saatlı rayonunun təbiət mənzərələri, xüsusən rayonun sübh və axşam  görüntüləri maraq doğurur. Ən azı isə bu səhifənin “şəxsi” bölümü vasitəsi iləonun izləyiciləri birbaşa icra başçısınamüraciət edib, əlaqə qura bilirlər. İcra başçısından nümunə götürüb Saatlı rayonun bir çox aparıcı təşkilatları, eləcə də bütün ərazi nümayəndələrinin öz şəxsi FB səhifələrini yaradıblar.

Yəqin, bəziləri deyə bilər ki, icra hakimiyyəti başçılarının saytlarındakı əlaqə bölümündə göstərilən elektron poçt vasitəsidə yazmaq mümkündür. Lakin bu qaydada yazılan müraciətin icra başçısına dəqiq çatıb-çatmayacağı dəqiq deyiL. (Masallı nümunəsində)

Həm də Saatlının icra başçısı yazılanlara şəxsən özü diqqət yetirir. Məsələn, icra başçısının Saatlının səhər mənzərələri ilə paylaşmalarına rəy yazargən bildirmişdim ki, bu rayonun səmasındakı gözəllikləri paylaşmaqla yanaşı,  həmin rayonun təkcə göyləri yox, “yerdəki” “mənzərələrini” də paylaşsanız maraqlı olardı. Bu gileyli statusu elə birinci bəyənən icra başçısının özü oldu.

Saatlının icra başçısının bu təcrübəsini yaşadığım Masallı və digər rayonu ilə müqayisə etdikdə qəribə mənzərələrlə rastlaşırıq.

Məsələn, bilmək istəyirəm ki, 2024-cü ildə Masallı rayonunda nə tikiləcək, nə qurulacaq? Heç bilmirəm kimə müraciət edim. 1-ci müavin və “humanitar” məsələlər üzrə müavin, tikinti və arxitektura şöbəsinin müdiri postlarıaylarla, bəzisi illərlədir ki, boşdur, digər müavin, dostum Adəm Məhərrəmov “küləyin hansı tərəfdən əsməsinə uyğun”mesajlara və zənglərə (əksər hallarda)cavab vermir. Şəhər üzrə nümayəndəsi əvəzi Nazim Muradov da eyni qaydada. Nazim müəllimin FB səhifəsi olsa da, burada Nazim müəllimin ad gününə təbrikiərindən başqa nə isə tapmaq mümkünsüzdür.

Masallı İHB-nin saytından da ətraflı məlumat almaq müşkül məsələdir. Bəzən günlərlə, hətta həftələrlə bura yeni məlumatlar qoyulmur. Məsələn,

--ölkə başçısı Masallıda  yol tikintisi ilə bağlı sərəncam verir, icranın saytında yoxdur,  ---Baş prokurorluq rayonda külli miqdarda korrupsiya ilə bağlı məlumat yayır,  icranın saytında yoxdur.

- Mərkəzi xəstəxananın baş həkimi rüşvətaldığına görə nümayişkaranə halda həbs olunur. İcranın saytında məlumat yoxdur. – hətta Masallı Mərkəzi Kitabxanasının 100 illiyi qeyd olunur. Tədbirdə icranın da bir neçə işçisi iştirak edir. İcranın saytında məlumat yoxdur.

Hələ bələdiyyələri demirik. Onlarıngəlirləri-qazancları elə gizlədilir ki, heç ən məxfi hərbi sirləri belə gizlədilmir. Bir neçə ay öncə icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Masallıdakl 35 bələdiyyədə illik hesabat yığıncaqları keçirildi. Lakin  bələdiyyənin bu hesabatlarıilə bağlı icranın saytı  1 kəlmə də yazmadı.(Hələ əksər bələdiyyə sədrlərinin, aparıcı vəzifə sahiblərinin hətta “vatsap” nömrələrinin də olmamasını demirik)

Ümumiyyətlə, icra hakimiyyəti başda olmaqla rayonda digər qurumlarının qapalı işləməsi barədə də onlarla misal çəkə bilərik.

Sirr deyil ki, icra başçısı az qala  həftədə bir dəfə yerlərdə sakinlərlə görüşür. Bu görüşlər video lentə alınır. Həmin videolar harada göstərilir? Yaxud, heç yerdə göstərmirlərsə, niyə çəkirlər?

İcra hakimiyyətinin büdcədənkənar fonduna toplanmış  milyon manata yaxın vəsait haqqında niyə əhaliyə detallı məlumat verilmir. Redaksiya olaraq biz də bu məlumatı almaq üçün çoxlu cəhdlər etsək də, mümkün olmadı.

Biz doğrudan da halallıq və aşkarlıq şəraitində işləyiriksə, bu qapalılıqlarnədəndir?

Dəfələrlə yazmışam, yenə də yazmağa məcburam.  Bilinmir ki, bu rayonun qayğıları, problemləri harada, necə müzakirə olunur? Keçmişdə RİK-nin sesiyaları, PRK-nın plenumları, büroları və sair olardı. Bəs indi? Hər ayda 1-2 dəfə icrahakimiyyətində Şura İclasları olmalıdır. Olurmu? Bu barədə hər hansı bir məlumata rast gəlmisinizmi?

Doğrudanmı, Masallıda müzakirə olunası heç bir problem yoxdur?

Doğrudanmı, 230 minlik əhalisi olan bir rayonda bir normal iqtisadçı yoxdur ki, rayonun iqtisadi, sosial durumunu, təhlil etsin?

Yerlərdə sakinlərlə keçirilən görüşlər istisna olmaqla, (bu görüşlər barədə də məlumatlar standart cümlələrdən kənara çıxa bilmir). kəndin adın dəyişsən, mətndə heç nə dəyişməz. Nə qədər eyni adamların sümükləşmiş, nimdaşlanmış, paslanmış fikirlərini (sifətlərini) eşitmək olar.

Qısası, bu məlumatlarda rayonun ruhu hiss olunmur. Son illər bircə qaçış marafonunuçıxmaq şərti ilə hər-hansı rayon miqyaslı tədbir yadıma gəlmir.

Yaxın keçmişə nəzər salaq- Masallıda 3 il ardıcıl keçirilən Beynəlxalq Folklor festivalı, atçılıq yarışı, rayon miqyaslı tədbirlər... İndi adicə Yeni il, Novruz Şənliyi belə mərkəzdə yox, ancaq yerlərdə, həm də çox primitiv formada keçirilir.

2 il öncə Masallıda bu rayondan olan sahibkar və ziyalılarla görüş keçirildi. Tədbir o qədər sönük və şablonhazırlanmışdı ki, növbəti il belə tədbir keçirməyi heç lazım bilmədilər.

Doğrudanmı əyalətdə xəbər qıtlığı var?

Əlbəttə var.

Bələdiyyələr, əksər məktəblər dar bir çərçivədən çıxa bilmirlər. Hər məktəbin FB səhifəsi olsa da, əksəriyyəti boşdur. Sanki hamı taleyi ilə barışıb, kimi sönüb, kimi  bədbinliyə qapılıb.

Bəzi icra hakimiyyətləri heç yaxşı işlərini də təbliğ edə bilmirlər.

Bir qrup ancaq tərifləyir, o biri tərəf müxalifəti söyür. Qısası, çövür Tatı, vur tatı.

Bəzən elə şəxslər – həyasızlığı, yaltaqlığı, üzəduranlığı... və digər mənfi keyfiyyətləri ürəkbulandıran şəxslər hakimiyyətin sözçüsünə  çevrilir ki, “Gör nə günlərə qaldın, ay Balaş ”, yaxud, sözçünü göstər deyim kimsən” deyimini təkrarlamaqdan başqa heç nəyə gümanın qalmır. Ən azı konkret bir şəxs ayrılmalıdır ki, biz arzu olunan informasiyanı ondan ala bilək.

Yaxın, 30-40 ilə nəzər salaq – yerli radiolar, hətta məktəblərdə böyük tənəffüslərdə radio verilişlər olardı.

Hazırda dünya süni intellekt, 4-cü, 5-ci sənaye inqilabına doğru gedir, az qala balaca uşaqlar da canlı yayım açır, lakin bizim bir çox başbilənlər sosial şəbəkənin, digər internet resurslarının imkanlarından faydalana bilmirlər.

Təsəvvür edin ki, hər gün yerli icra hakimiyyəti 10 dəqiqəlik canlı yayıma çıxır. Buna demək olar ki, heç bir vəsait dəlazım deyil. Və bu canlıda həmin gün rayonda baş verənlər barədə, eləcə də rayonun dəyərli insanları barədə məlumat verir. Nə vaxta qədər az qala qonşuda olanlar barədə,  digər mənbələrdən məlumat alacağıq.

Hər yerdə bir qapalılıq hökm sürür. Kimdənsə məlumat istəyirsən, elə bil ona işgəncə verirsən. Bu vaxta qədər gördünüzmü, hansısa icra başçısı, polis rəisi, məhkəmə sədri televiziyada, radioda çıxış etsin. (Bir dəfə Gədəbəyin, bir dəfə də Xaçmazın icra başçısı danışdı, ikisinin də hansı səviyyənin sahibi olduğu aşkarlandı)

Onu da qeyd edək ki, belə hallar təkcə Masallıya yox, əksər rayonlara da aiddir. Bəlkə digərlərində daha acınacaqlıdır.

Nəzərə alsaq ki, yayılan məlumatlara görə, bir neçə aydan sonra icra strukturları ləğv ediləcək, regional idarələr yaranacaq, belə məqamda icra başçılarının hansı əhvalda olduğu bəlli olar.

Bütün yazdıqlarım o qənaətə gəlməsin ki, biz Masallının icra başçısı Araz Əhmədovun etdiklərinə kölgə salmaq istəyirik. Araz müəllim ən azından əvvəlki icra başçısı Şahin Məmmədovla müqayisədə az qala ideal  rəhbərdir. Belə ki, dar bir dairədə olsa belə, ən azı icra hakimiyyətində  rüşvətsiz bir mühit yaradıb, kiminləsə təmənnalı işlər görmür. 2 il öncə  Masallıda az qala hər idarədə trollar, həyazsızlar qruppası var idi. İndi onların bir çoxu bayrağın dəyişsə də, əvvəlki tək meydan sulaya bilmirlər. “Yezidə”“peyğəmbər” deyənlər, əxlaqsızlıq   edə-edə, insanlara ləyaqət dərsi keçənlər ən azında dalana dirəniblər. (Sanki bəziəri İT saxlayır, lazım olanda ona-buna  hürdürmək üçün). Qısası, Masallıya kəlməbaşı qarğış-nalə edən başçıdan sonra, daha səmimi, əsil Allah adamı olan, hətta tədbirlərdə şeir deyən icra başçısı gəlib.

Bizim də icra başçısı Araz Əhmədovla 2-3 dəfə bir neçə saatlıq davam edən çox səmimi söhbətlərimiz olub və çox normal münasitlərimiz də var.

Araz müəllimin müsbət işlərini də sadalamaq olar. Lakin və lakin bu müsbətlər yanaşı yuxarıda sadaladığım və hələlik sadalamadığımlz digər qüsurları da var.

Yekun əvəzi.

Doğrudan da halallıqdan və paklıqdan  danışırıqsa, gəlin aşkarlıqdan qaçmayaq.Ümumi sözlər altında xalqa maraqlı olan məlumatları gizlətməyək.

Qapıları xalqın üzünə daha geniş açaq. İnternetin yaratdığı imkanlardan daha çox faydalanaq. İdeya müsabiqələri keçirək. Elə meydan yaradaq ki, hər kəs öz istedadını, nəyə qadir olduğunu göstərə bilsin.

Anons.

Növbəti yazımız – Masallıda kadr çatışmır, ya kadrlara inam?

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

Ələşrəf Niftiyevin 80 illik yubileyi qeyd olunub - MASALLIDA

John Doe 1 gün əvvəl

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Beynəlxalq tədbir keçirildi

John Doe 21 saat əvvəl

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

Kitabxananın Fəxri oxucusu Milli Qurtuluş Gününün 32-ci ildönümünə məqalə həsr etdi

John Doe 2 gün əvvəl

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

Şair, publisist Vaqif Bəhmənlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

John Doe 3 gün əvvəl

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

Tanınmış yazıçının əl işlərinin sərgisi açıldı

John Doe 2 həftə əvvəl

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

VIII Beynəlxalq "Dünya Xalqlarının Dastanları" Festivalı keçirilib

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib

Türkiyənin Kahramanmaraş şəhərində “Azər...

19 iyun 2025 21:37:14
• İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib}

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

19 iyun 2025 16:27:00
• İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib}

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com