Sökülən sovet abidəsi önünə gül dəstəsi qoyan şəxs saxlanılıb
Latviyanın Rezekne şəhərində polis Böyük Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş sökülən Alyoşa abidəsinin postamentinə üç dəfə gül gətirən 48 yaşlı kişini saxlayıb.
Kişi martın 14-dən aprelin 15-dək 2022-ci il noyabrın 9-da sökülən Alyoşa abidəsinin əvvəllər dayandığı yerə üç dəfə gül gətirib. Əvvəlcə həmin şəxsi “hərbi təcavüzü tərənnüm etdiyinə görə” inzibati məsuliyyətə cəlb etmək istəsələr də, dindirildikdən sonra bu cinayət “müharibə cinayətlərinə bəraət qazandırmaq” ilə bağlı cinayət kimi tövsif edilib. Latviya hakimiyyəti uzun müddətdir ki, Sovet İttifaqının mədəni irsindən xilas olmağa çalışır. 2021-ci ildə Baltikyanı respublika ictimai yerlərdə Müqəddəs Georgi lentlərinin taxılmasını qadağan etdi. Eyni zamanda Seym səs çoxluğu ilə kütləvi əyləncələrin və bayram tədbirlərinin təhlükəsizliyi ilə bağlı qanuna dəyişiklikləri təsdiqləyib. Xüsusilə, indi Sovet ordusunun əsgərlərinə hər hansı bir abidədən 200 m-dən yaxın məsafədə kütləvi tədbirlər keçirmək qadağandır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.