Məşhur erməni vəkilləri Paşinyanın həbsini tələb edirlər
Baş nazir Nikol Paşinyanın həbsi tələbi ilə Baş Prokurorluğa müraciət edən vəkillər qrupuna daha 68 vəkil qoşulub.
Bu barədə erməni mənbələri məlumat yayıb.
Bundan əvvəl baş prokuror Artak Davtyan hüquq müdafiəçiləri ilə görüşdə bildirmişdi ki, hüquq-mühafizə orqanları cinayətlə bağlı kifayət qədər sübut əldə etdikdə baş naziri həbs edə bilərlər.
Xatırladaq ki, Ermənistanın bir sıra tanınmış vəkilləri Ermənistanın baş prokuroru Artur Davtyana ER baş naziri Nikol Paşinyanın dərhal həbs olunması tələbi ilə müraciət ediblər. Onların iddialarının mahiyyəti ondan ibarət idi ki, Ermənistanın baş naziri Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin GPS peyk naviqasiya sistemindən istifadə edilməklə çəkildiyini bəyan edib.
Qəzəbli hüquqşünasların fikrincə, “nəticədə Ermənistanın həyati əhəmiyyət kəsb edən və təhlükəsizliyini təmin edən suveren əraziləri və infrastrukturu Azərbaycana keçir”.
“Dövlət sərhədi haqqında” Ermənistan qanunvericiliyinə istinad edən hüquqşünaslar, Ermənistan Respublikasının dövlət sərhədinin müəyyən edilməsi vasitəsi kimi GPS sisteminin oraya daxil olmadığını təkid edirlər. Paşinyan sərhədin bu delimitasiyasını hələ 1995-ci ildə qəbul edilmiş “İnzibati-ərazi bölgüsü haqqında” ER qanunu ilə izah edir, hüquqşünasların fikrincə, “bu problemlə heç bir hüquqi əlaqəsi yoxdur”.
Qeyd edək ki, ilkin olaraq RA-nın 20 tanınmış hüquqşünası müraciəti imzalayıbsa, hazırda onların sayı 88 nəfərə çatıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.