Türkiyə ilə sərhəddə İraq hərbi bazaları yaradılıb
İraq uzun müddət ərzində ilk dəfə olaraq Türkiyə ilə sərhəddə iki hərbi baza yaradıb. Bu məsələ Ankara ilə razılaşdırılıb.
Bu barədə “Hürriyyət” yazıb.
Qeyd olunur ki, bu bazalar Türkiyəyə qarşı deyil, Ankaranın logistik dəstəyi ilə öz sərhədlərini qorumaq üçün yaradılıb.
Qəzet onu da yazıb ki, Türkiyə ordusu İraqın şimalında ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı hərbi əməliyyata hazırlaşır.
Hazırlıqların tam sürətlə getdiyi qeyd olunur. Yeni bazalar yaradılır, köhnələri gücləndirilir.
Qəzetin köşə yazarı Abdulkadir Selvi Türkiyənin bölgədəki varlığının artdığını yazıb. Onun sözlərinə görə, böyük İraq əməliyyatı hələ başlamayıb, amma bir gün baş verəcək.
Bundan əvvəl “Hürriyet” qəzeti yazıb ki, Türkiyə Silahlı Qüvvələri ölkədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasına qarşı hərtərəfli quru əməliyyatı keçirəcək. Nəşr əməliyyatın yayda keçirilə biləcəyini yazıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Ankara yayda İraqla “sərhəd təhlükəsizliyi məsələsini həll etməyi” planlaşdırır. Siyasətçi bildirib ki, Türkiyə Suriyada 40 km dərinlikdə təhlükəsizlik dəhlizi yaratmağa çalışır.
Türkiyədə Kürdüstan Fəhlə Partiyası ilə silahlı münaqişə 1984-cü ildə başlayıb və 2015-ci ildə yenidən başlayıb. PKK bazaları Şimali İraqda yerləşir və Türkiyə ordusu onlara qarşı quru və hava əməliyyatları aparır.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.