Bayden: Özümə qəsd etmək istədim
ABŞ prezidenti Co Bayden birinci həyat yoldaşının və kiçik qızının faciəvi ölümündən sonra intihar etmək fikrindən danışıb.
O, jurnalist Hovard Sternlə müsahibəsində belə deyib.
ABŞ prezidenti 1972-ci ildə Neilia Bayden və onların 13 aylıq qızı Naominin ölümü ilə nəticələnən avtomobil qəzasından sonra alkoqollu içkilərə necə keçdiyini danışıb.
O deyib ki, dəhşətli faciə ABŞ Senatına ilk dəfə seçilməsindən az sonra Delaver ştatında baş verib.
“Düşündüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil... Mən heç vaxt içki içməmişəm. Sadəcə heç içməmişəm... Evimizdə həmişə spirtli içki olurdu. Fikirləşirdim ki, sadəcə onu içib sərxoş olacağam.
Əgər bir dağın zirvəsinə çıxmısınızsa və bir daha oraya çıxa bilməyəcəyini düşün. Amma mənim daha iki övladım var idi. Məni yanlış başa düşməyin. Düşündüm ki, dağın zirvəsinə çatmısansa bir daha yaxşı olmayacaqsan”, - Bayden deyib.
ABŞ prezidenti avtomobil qəzasında yaralanan, lakin sağ qalan iki böyük övladı Bo və Hunter Baydenin ona bu dövrü keçməsinə kömək etdiyini bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.