Polşa hərbi yaşda olan kişilərin geri qaytarılmasında Ukraynaya kömək edəcək
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış xaricə qaçan hərbi yaşda olan kişilərin müəyyən edilməsində Ukraynaya kömək etməyə hazırdır.
Nazirin sözlərinə görə, Varşava uzun müddətdir ki, bu məsələdə Kiyevə yardım təklif edib. O qeyd edib ki, yardımın konkret formaları Ukrayna tərəfinin müraciəti əsasında müəyyən ediləcək.
Düşünürəm ki, bir çox həmvətənlərimiz kafelərdə ukraynalı gənc kişiləri görəndə və Ukraynaya kömək etməyin bizə sərf etdiyi zəhməti eşidəndə qəzəbləndilər və qəzəblənirlər.
Cəbhədə olan ukraynalıların dünyaya səpələnmiş həmyaşıdlarına qarşı haqlı şikayətləri olması da təəccüblü deyil”, - deyə nazir bildirib.
Bu məsələ Ukrayna Xarici İşlər Nazirliyinin səfərbərlik haqqında yeni qanunla əlaqədar 18 yaşdan 60 yaşa qədər olan Ukrayna vətəndaşlarının xaricdə sənədlərinin rəsmiləşdirilməsini dayandıracağını elan etdikdən sonra aktuallaşıb.
Avropa İttifaqının Statistika Xidmətinin məlumatına görə, 2024-cü ilin yanvarında Aİ ölkələrində təxminən 4,3 milyon Ukrayna vətəndaşı, o cümlədən 860 mini kişi olub. Polşa Almaniyadan sonra ikinci yerdə olmaqla 950 min ukraynalıya müvəqqəti sığınacaq verib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.