Minsk NATO-nun genişlənməsinin qəbuledilməz olduğunu bəyan edib
ÜmumBelarus Xalq Assambleyasında qəbul edilən Minskin yeni hərbi doktrinası NATO-nun genişlənməsinin qəbuledilməzliyini bəyan edir.
Sənəd milli hüquqi internet portalında dərc olunub.
“Belarus Respublikası NATO-nun davam edən genişlənməsini və bu hərbi-siyasi bloka üzv olan və ya qoşulmaq istəyən dövlətlərin hərbiləşdirilməsini qəbul etmir, bunları hərbi münaqişələrin ehtimalını artıran təhlükəli proseslər kimi qiymətləndirir”, - doktrinada deyilir.
Eyni zamanda qeyd edilir ki, Minsk NATO ölkələri ilə praqmatik münasibətlərin və normal əməkdaşlığın bərpasının tərəfdarıdır.
Bundan əvvəl Belarusun yeni hərbi doktrinasında bildirilirdi ki, ölkə hərbi gücdən istifadəni siyasi məqsədlərə çatmaq üçün ifrat tədbir kimi qiymətləndirir və başqa ölkəyə qarşı təcavüzün baş verməsini qəbuledilməz hesab edir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.