Hindistan ABŞ-yə görə Rusiya ilə əməkdaşlığı dayandırmaq istəyir
Ən böyük silah idxalçılarından biri olan Hindistan özünü ABŞ əməkdaşlığına yönəltmək istəyi ilə əlaqədar Rusiyadan irimiqyaslı müdafiə avadanlığı alışını dayandırmağı planlaşdırır.
Bu barədə Nyu-Dehli analitik mərkəzinin eksperti Nandan Unnikrişnan məlumat verib. "Hindistan Qərbin, xüsusən də ABŞ-ın malik ola biləcəyi heç bir qırmızı xətti keçmək istəmir" deyə ekspert Politico-ya bildirib.
Material müəllifinin fikrincə, Rusiyadan tədarükdən imtinaya səbəb mümkün sanksiyalar, Ukraynada xüsusi əməliyyat və özünün müdafiə sənayesini inkişaf etdirmək istəyi ola bilər.
Hindistan Müdafiə Nazirliyinin keçmiş müşaviri hesab edir ki, alışların azalmasına səbəb Moskvanın idxalçının tələblərini yerinə yetirə bilməməsi olub. Qəzetin insayderləri qeyd ediblər ki, Rusiyadan silah alışı davam edəcək, lakin idxalçı tərəfindən böyük sövdələşmələr gələcəkdə nəzərdə tutulmur.
Stokholm Beynəlxalq İnstitutunun araşdırması göstərib ki, Rusiyanın Hindistana silah ixracı 2009-cu ildən bəri azalır. 2019-cu ildən bəri Rusiyadan tədarükün həcmi respublikaya idxal olunan silahların ümumi sayının 36%-ni təşkil edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.