Deputatın köməkçisi casus çıxdı
Almaniyanın ifrat sağçı deputatının köməkçisi Çinin xeyrinə casusluq etməkdə şübhəli bilinərək həbs edilib.
Bu insident Almaniyanın ifrat sağçı AfD partiyası üçün yeni zərbə oldu, hansı ki, bəzi üzvlərinin Rusiya ilə əlaqəsi olduğuna dair ittihamlar da daxil olmaqla, bir sıra qalmaqallarla üzləşib.
Şübhəli Jian Quo Avropa Parlamenti haqqında məlumatı Çin kəşfiyyatına ötürməkdə və Almaniyadakı Çin müxalifətçilərinə casusluqda ittiham olunur, federal prokurorlar bildiriblər.
Avropa Parlamenti Jian Quonu qarşıdan gələn Avropa İttifaqı seçkilərində AfD-nin əsas namizədi, Avropa Parlamenti deputatı Maksimilian Krachın akkreditə olunmuş köməkçiləri siyahısına daxil edib.
Guo Almaniya vətəndaşıdır və 2019-cu ildən bəri Brüsseldə Krachın köməkçisi kimi çalışdığı bildirilir.
Prokurorlar şübhəlinin "Çin məxfi xidmətinin üzvü olduğunu" bildiriblər.
Avropa Parlamenti açıqlamalara görə köməkçini “dərhal qüvvəyə minməklə” dayandırdığını bildirib.
Almaniyanın daxili işlər naziri Nensi Feser Quoya qarşı irəli sürülən ittihamları “çox ciddi” adlandırıb və hərtərəfli araşdırma tələb edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.