Qızı qaçırıb 5 saat döydülər
Dörd ukraynalı yeniyetmə qız Almaniyada öz yaşlarında bir qızı qaçıraraq ona bir neçə saat işgəncə veriblər.
Bu barədə Bild nəşri məlumat yayıb.
Qeyd olunur ki, hadisə aprelin 20-də Drezden yaxınlığındakı Meissen şəhərindəki parklardan birində baş verib. 12-17 yaşlarında olan qızlar 13 yaşlı məktəbli qıza yaxınlaşaraq onu zorla tərk edilmiş binaya sürükləyiblər.
Onlar qızı bağlayaraq çubuqla döyməyə başlayıblar və hərəkətlərini mobil telefon kamerasına çəkiblər. Qurban yalnız 5 saatdan sonra sərbəst buraxılıb.
Zərərçəkmiş baş verənləri valideynlərinə danışıb və onlar polisə müraciət ediblər. Həkimlər döyülən qıza lazımi köməklik göstəriblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbli qızın dörd Ukrayna vətəndaşı tərəfindən işgəncələrə məruz qaldığını müəyyən ediblər. Onlar saxlanılaraq azadlıqdan məhrum etmə və sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə ittiham olunublar.
Almaniya Regionları Assosiasiyasının (DLT) rəhbəri Reynhard Sager bildirib ki, Almaniya hökuməti təcili olaraq ukraynalı qaçqınların fasiləsiz qəbulu məsələsini həll etməlidir. Onun sözlərinə görə, ölkədəki bir çox rayon və kommunalar sadəcə olaraq miqrant axınının öhdəsindən gələ bilmir. O, bütün bu insanların inteqrasiyasının artıq mümkün olmadığını vurğulayıb.
INSA sosioloji institutunun fevral ayında dərc etdiyi sorğunun nəticələrinə görə, Almaniya sakinlərinin demək olar ki, yarısı ölkənin Ukraynadan olan qaçqınlara verdiyi dəstəyi hədsiz hesab edir. Respondentlərin 49%-i bu cür cavab verib. Bundan əlavə, almanların yarıdan çoxu ukraynalı qaçqınların alman cəmiyyətinə inteqrasiya edə bilmədiyini bildirib. Belə ki, respondentlərin 51%-i inteqrasiyanı uğursuz adlandırıb. Respondentlərin yalnız 28%-i əks fikir bildirib.
Bundan əvvəl Almaniyadakı müxalifət ukraynalı qaçqınların evlərinə göndərilməsini tələb edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.