Peskov Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına aydınlıq gətirib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılmasına aydınlıq gətirib.
Peskovun sözlərinə görə, regionda Rusiya sülhməramlıları üçün “heç bir funksiya qalmayıb”. O, həmçinin əlavə edib ki, bu, Ermənistanın Azərbaycan sərhədlərini tanımasından sonra mümkün olub.
“Bu Ermənistanın 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımasından sonra regionda formalaşan hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və onlar üçün artıq funksiya qalmayıb”, - deyə o, izah edib.
Xatırladaq ki, aprelin 17-də Peskov Rusiya sülhməramlılarının Dağlıq Qarabağı tərk etdiyini açıqlamışdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.