Polis İranın Parisdəki səfirliyini bombalamaqla hədələyən şəxsi saxlayıb
Parisdə hüquq-mühafizə orqanlarının əməkdaşları İran səfirliyində olan və partlayış törətməklə hədələyən şəxsi saxlayıblar.
Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Saxlanılan şəxsin üzərində partlayıcı maddə olmayıb. Hazırda polis ətraf ərazilərə baxış keçirir.
Prokurorluğun ilkin məlumatına görə, sözügedən şəxs 1963-cü ildə İranda anadan olub.
Hadisənin şahidinin sözlərinə görə, kişi cümə günü saat 11:00 radələrində İran səfirliyinə daxil olub.
Daha sonra o, paltosunun düymələrini açıb və "bir qumbara və partlayıcı kəmər" aşkar edib, polis bildirib.
Qeyd olunur ki, həmin şəxs diplomatik missiyanın döşəməsinə bəzi bayraqlar düzüb və qardaşının ölümünün qisasını almaq istədiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları bu ifadələri yoxlayır.
Hadisə yerinə elit BRI xüsusi təyinatlıları gəlib. Ətraf mühasirəyə alınıb, yaxınlıqda metronun hərəkəti dayandırılıb.
Bu yaxınlarda Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin ölkədə terror təhlükəsinin görünməmiş səviyyədə olduğunu açıqlayıb.
Bundan əlavə, Fransa terror təhlükəsi səviyyəsinin maksimuma yüksəldiyini açıqlayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.