Google İsraillə müqaviləyə görə tətilə çıxan işçilərini işdən çıxarır
Amerikanın Google şirkəti İsraillə bağlanmış 1,2 milyard dollarlıq müqaviləyə qarşı oturaq aksiyada iştirak edən 28 əməkdaşını işdən çıxarıb.
Şirkətin işçiləri ənənəvi ərəb paltarı geyinərək Nyu-York və Kaliforniya ştatının Sanniveyl şəhərlərindəki ofislərdə on saatlıq tətildə iştirak etdikdən sonra işdən çıxarılıblar. “Onlar ofis sahəsini ələ keçirdilər və digər Google işçilərinin işinə fiziki müdaxilə etdilər. Onların davranışı qəbuledilməz, hədsiz dərəcədə pozucu idi və həmkarlarını təhdid hiss etdirdi,” "Google"un Qlobal Təhlükəsizlik üzrə vitse-prezidenti Kris Rakov daxili araşdırmadan sonra deyib.
Eyni zamanda etirazçılar "Google"dan "Google Cloud və Amazon Web Services"i İsrail hökuməti və ordusu üçün bulud hesablamaları və süni intellekt xidmətləri ilə təmin edən 1,2 milyard dollarlıq Project Nimbus müqaviləsini ləğv etməsini istəyiblər.
Onların fikrincə, bu texnologiyalar Qəzza zolağında fələstinlilərə qarşı silah kimi istifadə oluna bilər.
Öz növbəsində Nyu-York polisinin nümayəndəsi bildirib ki, aksiyada “cəmi 50-yə yaxın adam” iştirak edib. Eyni zamanda, "Google binasına girməyə görə dörd nəfər həbs edilib".
2023-cü ilin oktyabrında İsrail Fələstinin Həmas hərəkatının genişmiqyaslı hücumuna məruz qaldı. Hücum zamanı hərəkatın silahlıları girov götürüb. Buna cavab olaraq İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətinə keçdiyini, həmçinin Qəzza zolağına qarşı cavab əməliyyatına başladığını elan edib.
Hərbi əməliyyatlar bombardmanlar, irimiqyaslı dağıntılar, minlərlə mülki şəxsin, o cümlədən uşaqların ölümü ilə müşayiət olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.