Ermənistanda Müdafiə Nazirliyinin keçmiş binası partladılıb
Ermənistanda Müdafiə Nazirliyinin keçmiş binası sökülüb.
Bu barədə bloger Svetlana Timofeyeva (Lana Sator) İnstaqram səhifəsində məlumat verib. Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyi binanı hələ 2008-ci ildə tərk edib. O qeyd edib ki, 2022-ci ildə qaçqınlar qeyri-qanuni olaraq binada məskunlaşıblar, lakin 2023-cü ilin fevralında onlar çıxarılıb.
Timofeyeva bildirib ki, ötən ilin dekabrında binanın yaxınlığında tikinti texnikası peyda olub, 2024-cü ilin aprelində isə hündürmərtəbəli bina sadəcə partladılaraq sökülüb.
2023-cü il avqustun 26-da Moskva məhkəməsi Svetlana Timofeyevanı dövlət sirlərinə qanunsuz giriş ittihamı ilə qiyabi həbs edib. Onun adı və doğum tarixi avqustun 21-də Albaniyada Qramşidəki hərbi zavodun yaxınlığında saxlanılan məşhur rusiyalı blogger-fotoqraf Lana Satorun adı ilə üst-üstə düşür.
Qeyd olunub ki, Albaniya Rusiyada təqsirləndirilən Lana Satoru ekstradisiya etməkdən imtina edib.
Ötən may ayında Lana Sator doqquz aylıq həbsdən sonra həbsdən azad edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.