Güclü qasırğa BƏƏ və Səudiyyə Ərəbistanını vurub
Güclü tufan BƏƏ və Səudiyyə Ərəbistanına leysan yağışları və daşqınlar gətirib.
Dubayda pis hava şəraiti ilə əlaqədar dəniz və hava nəqliyyatı kəsilib, bir neçə rayonda ictimai nəqliyyatın hərəkətində fasilələr yaranıb. Dövlət qurumları və məktəblər distant işə keçib.
Vətəndaşlara dolu ehtimalı ilə bağlı xəbərdarlıq edilib və öz təhlükəsizliklərini nəzərə almaları xahiş olunub. Pis hava şəraitinin bazar günü günortaya qədər davam edəcəyi gözlənilir.
BƏƏ-nin bəzi ərazilərinə 80 millimetrdən çox yağıntı düşüb və illik orta hesabla təxminən 100 mm-ə yaxınlaşıb.
Fırtınadan ən çox qonşu Oman vurdu, orada çoxu uşaq olmaqla ən azı 18 nəfər həlak olub.
Bundan əvvəl Pakistanın şimal-qərbində 40-a yaxın insanın leysan və qar yağmasının qurbanı olduğu bildirilirdi. Dağlıq Gilgit-Baltistan bölgəsində əsas magistral yollar qar altında qalıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.