Ekskursiya zamanı 12 nəfər öldü
Çinin Qinhuangdao şəhərində ekskursiya zamanı əldəqayırma tur gəmisinin çevrilməsi nəticəsində 12 nəfər ölüb.
Çinin şimalında əldəqayırma ekskursiya gəmisinin qəzaya uğraması nəticəsində 12 nəfər həlak olub.
Bu barədə Sinxua agentliyi məlumat yayıb.
İnsident şənbə günü Hebey əyalətinin Qinhuangdao şəhərində yerli çaylardan biri ilə ekskursiya zamanı göyərtəsində 31 nəfərin olduğu qayığın çevrilməsi nəticəsində bütün sərnişinləri suda sıxışdırıb. Onlardan 12-si dünyasını dəyişib.
Faciədən sonra 6 nəfərin itkin düşdüyü bildirilmişdi, lakin bazar günü yerli hakimiyyət orqanları altı nəfərin hamısının tapıldığını və sağ-salamat olduğunu təsdiq edə bildilər.
Araşdırma zamanı müəyyən edilib ki, ekskursiya üçün istifadə olunan qayıq yerli kəndlilər tərəfindən öz əlləri ilə hazırlanıb və xilasedicilər və ya xilasedici jiletlərlə təchiz olunmayıb.
Qayığın sahibi və ondan ekskursiya üçün istifadə edənlər polis tərəfindən saxlanılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.