Rusiya ilə sərhəd bağlanır- Prezident təsdiqlədi
Finlandiya Prezidenti Aleksander Stubb ölkə hökumətinin Rusiya ilə sərhəddə keçid məntəqələrini müddətsiz bağlamaq qərarını dəstəkləyib.
Aleksander Stubb Yle telekanalına müsahibəsində şərq sərhədini bağlı saxlamaq qərarının düzgün olduğunu deyib. Onun sözlərinə görə, sərhəd keçidləri qaçqınlarla bağlı vəziyyətin idarəolunmaz həddə çatmasına yol verməmək məqsədilə bağlanıb və hökumətin bu addımı xaosdan yayınmağa kömək edib.
Qeyd edək ki, aprelin 4-də Finlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddəki keçid məntəqələrinin fəaliyyətinin qeyri-müəyyən müddətə qədər dayandırılması barədə qərar qəbul edib. Həmin keçidlər 2023-cü il noyabrın sonunda qaçqınların ölkəyə nəzarətsiz daxil olmasının qarşısını almaq üçün bağlanmışdı.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Finlandiyanın sərhəd keçidlərini bağlamaq qərarının Avropada yeni ayırıcı xətlər yaratdığını vurğulayıb və bildirib ki, Moskvanın cavabı idarələrarası formatda hazırlanaraq veriləcək.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.