Qar əridi, şəhər su altında qaldı
Qazaxıstan qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində baş verən daşqınlarla mübarizə aparır.
Ölkədə bəndlər dolub, çaylar daşıb.
Seldən ən çox zərər çəkən qərb və şimal əyalətlərində 3 min 171 evi su basıb.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, bu günə qədər 46 min 755 nəfər su basmış ərazilərdən təxliyə edilib. Bu adamlardan 2602 nəfəri helikopterlər vasitəsilə xilas edilib.
Ölkənin qərbindəki Atrau vilayətində dünən gecə saatlarında Cem çayının daşması nəticəsində Kulsari şəhəri tamamilə su altında qalıb. Təxminən 14 min insan şəhərdən təxliyə olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daşqınla əlaqədar ictimaiyyətə müraciət edib.
Uzun illərdir görünməmiş təbii fəlakətlə üzləşdiklərini bildirən Tokayev, “Bu sel miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakətidir” deyib.
Qeyd edək ki, ölkənin 10 vilayətində -Abay, Akmola, Aktobe, Atrau, Qərbi Qazaxıstan, Qaraqandı, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulutauda daşqınlar səbəbindən yerli miqyasda fövqəladə vəziyyət elan edilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.