AK-nin Ermənistana ayıracağı yardımın məbləği açıqlanıb
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqının növbəti 4 il üçün inkişaf yardımı kimi Ermənistana 270 milyon avro məbləğində vəsait ayırmağı planlaşdırdığını açıqlayıb.
O, müvafiq məlumatı Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında paylaşıb.
“Biz növbəti dörd il ərzində Ermənistan üçün qrant şəklində 270 milyon avro dəyərində artım və inkişaf planı hazırlamışıq”, - deyə fon der Leyen vurğulayıb.
Bundan əvvəl məlum olmuşdu ki, Aİ və ABŞ Kiyevə uzunmüddətli dəstəyi davam etdirmək üçün ümumi niyyətlərini təsdiqləyiblər. Görüşdən sonra verilən birgə bəyanata görə, onlar “Ukraynaya uzunmüddətli siyasi, maliyyə, humanitar və hərbi dəstəyi davam etdirmək öhdəliyində sadiq qalırlar”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.