Zəlzələdən sonra Tayvanda 60-a yaxın afterşok qeydə alınıb
Çərşənbə günü günorta tayvanlı seysmoloqlar güclü zəlzələdən sonra ən azı 58 yeraltı təkan qeydə alıblar.
Bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.
Onun sözlərinə görə, ən güclü iki zəlzələnin maqnitudası 6,2 və 6,5 bal olub.
Saat 07:58-də Hualien qraflığında qeydə alınan 7,2 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub. Seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualien şəhərindən 25 km cənub-şərqdə, mənbə 15,5 km dərinlikdə yerləşib. Zəlzələ Çinin şərqindəki Fujian və Jiangxi əyalətlərində aydın hiss olunub.
İqtisadi və mədəni əməkdaşlıq üzrə Moskva-Taypey Koordinasiya Komissiyasından TASS-a verilən məlumata görə, həlak olanlar arasında Rusiya vətəndaşlarının olması barədə hələlik heç bir məlumat yoxdur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.