İtkin düşən uşaqların telefonları evdən 1700 kilometr aralıda siqnal verdi
Udmurtiyanın paytaxtı İjevskdən itkin düşən uşaqların telefonlarına bir həftə sonra Adlerdən siqnal gəlib.
Bu barədə Kub Mash Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, on üç yaşlı Veronika F. və on beş yaşlı Azat T. martın 23-də evdən çıxıblar, bundan sonra onlar eyni vaxtda telefonlarını söndürüblər. Uşaqların romantik münasibətləri olduğu bilinir. Yeniyetmələrin cihazları aprelin 1-də yenidən işə düşüb. Smartfonlar Qara dəniz sahilindən siqnal göndərib və yenidən sönüb.
İjevsklə Adler arasındakı məsafə 1700 kilometrdən çoxdur.
Hər iki yeniyetmənin təxminən 168 sm boyu qəhvəyi saçlı və qəhvəyi gözlü olduğu bildirilir. İtkin düşən zaman Azatın əynində boz pencək, ağ-qırmızı idman ayaqqabısı, Veronika isə yasəmən pencək və platforma çəkmələri olub.
Uşaqların axtarışına könüllülər və polis də qoşulub.
Daha əvvəl bildirilmişdi ki, Ufadan olan iki uşaq - 13 yaşlı Pavel və 14 yaşlı Damir bel çantaları ilə meşəyə gəzintiyə çıxıblar və evə qayıtmayıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.