Netanyahu Qəzzada günahsız insanlara hücumu etiraf edib
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail qüvvələri Qəzza zolağında "faciəli insident"də "məsum insanları qəsdən hədəfə alıb".
Bundan əvvəl “World Central Kitchen” humanitar təşkilatı Qəzza zolağına endirilən zərbə nəticəsində onun yeddi əməkdaşının həlak olduğunu bildirmişdi. Qida yardım təşkilatı hücumda İDF-ni günahlandırıb və bölgədəki işlərini dərhal dayandırdığını bildirib.
Təşkilat qurbanlar arasında ABŞ və Kanadanın ikili vətəndaşı olan bir fələstinlinin, həmçinin Avstraliya, Polşa və Böyük Britaniya vətəndaşlarının olduğunu bildirib. İsrail müstəqil araşdırma aparacağına söz verib.
Aprelin 2-də Netanyahu zərbəyə görə İsrailin məsuliyyət daşıdığını təsdiqləyib.
“Bu, müharibədə olur və biz bunu sona qədər araşdıracağıq. Biz əlaqədar hökumətlərlə əlaqə saxlayırıq və bunun bir daha baş verməməsi üçün hər şeyi edəcəyik”, - deyə İsrailin baş naziri bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.