Prezidentin evində bahalı saatlara görə axtarış aparıldı
Peru prokurorları prezident Dina Boluartenin paytaxt Limanın Surkilo rayonundakı evində axtarış aparıblar.
Axtarış mümkün qeyri-qanuni varlanma və bəyan edilməmiş dəbdəbəli saatların saxlanması ilə bağlı araşdırma çərçivəsində aparılıb.
Polisin tələblərinə heç kim cavab vermədiyi üçün evin qapısı sındırılıb. Basqın zamanı Boluarte evdə olmayıb.
Qeyd edək ki, iki həftə əvvəl prokurorlar prezidentin bir neçə "Rolex" saatına sahib olması ilə bağlı mətbuatda yayılan məlumatlarla bağlı ilkin araşdırmaya başlayıblar. İstintaq rəsmi ittihamlar üçün əsasların olub-olmadığını müəyyən etmək məqsədi daşıyır.
Boluarte "Rolex" saatının sahibi olduğunu etiraf edib. Özünün dediyinə görə, onları gəncliyindən qazandığı pulla alıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.