"Taliban" ABŞ vətəndaşlarını həbs etdi
Hazırda iki ABŞ vətəndaşı və bir neçə əcnəbi Əfqanıstanın müvəqqəti hökuməti - "Taliban"ın nəzarətindədir.
Bunu radikal "Taliban" hərəkatının yaratdığı müvəqqəti Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid deyib.
Onun sözlərinə görə, əcnəbilər Əfqanıstan qanunlarının pozulması ilə əlaqədar həbs ediliblər. Eyni zamanda o qeyd edib ki, hər bir xarici vətəndaş Əfqanıstan İslam Əmirliyinin qanunlarına (Talibanın istifadə etdiyi dövlətin adı) əməl etməyə borcludur.
"İki amerikalı var və onların səfərinin səbəbləri hələ aydın deyil. Bu səbəblər nə olursa olsun, Əfqanıstana gələn hər kəs yerli qanunlara əməl etməyə borcludur. Əfqan vizasını qəbul edən hər kəs bizim qanunlarımıza əməl etməyə borcludur”, - deyə Mücahid bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.