Parlament eynicinsli nikah qanununu TƏSDİQLƏDİ
Tailand parlamentinin aşağı palatası eynicinsli nikahların qanuni olaraq tanınmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Qanun layihəsi Tayland Senatında təsdiqləmə prosesindən keçməli və kralın razılığını almalıdır. Bu mərhələləri keçəcəyi və ilin sonuna qədər Taylandın Cənub-Şərqi Asiyada eynicinsli birlikləri tanıyan ilk ölkə olacağı gözlənilir.
Bu bərabərliyin başlanğıcıdır. Bu, hər şeyin müalicəsi deyil, lakin bərabərliyə doğru ilk addımdır. Bu qanun layihəsi bu qrup insanlara bu hüquqları qaytarmaq və onlara bəzi hüquqlar verməmək istəyir”, - qanun layihəsini Palatada təqdim edən deputat Danuphorn Punnakanta bildirib.
İştirak edən 415 deputatdan 400-ü qanunun qəbulunun lehinə səs verib. Bu qanun nikahı əvvəllər işlədilən “kişi və qadın” ifadəsi əvəzinə iki şəxsin birliyi kimi müəyyən edir. Eyni cinsdən olan cütlüklər, bir-birlərinin əmlakını miras almaq və huşsuz həyat yoldaşı üçün tibbi qərarlar qəbul etmək, vergi güzəştləri almaq hüququna malik olacaqlar.
Qanun eynicinsli ər-arvadlara uşaqları övladlığa götürmək imkanı da verir. Lakin deputatlar komitənin “atalar və analar” əvəzinə “valideynlər” ifadəsinin işlədilməsi təklifini rədd ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.